Serahe xəbər saytının məlumatına görə, nazirlik bu nüsxələrin İslam ölkələrində olduğu kimi İordaniyadakı məscid və məktəblərdə də yayıldığını bildirib.
Ölkə idarəçilərinin dəstəyi ilə çap olunmuş çoxlu əlyazmaların olduğu da bildirilib.
Vəqflər naziri Məhəmməd Əhməd Müslüm Əl Halala daha əvvəl Haşimilər Mushafının yeni nüsxəsinin hazırlandığını və nazirlik tərəfindən tezliklə çap olunacağını bildirmişdi.
O, Quran fəaliyyətlərinin artırılacağını və bu istiqamətdə daha çox səy göstərəcəklərini bildirib.
Bundan əlavə, nazir qeyd edib ki, Quranın çapına dəstək və Vəhy Kəlamının tədrisini təşviq etmək üçün xüsusi fond proqramı təşkil olunacaq.
İordaniyanın Dini İşlər və Vəqflər Nazirliyi Quran proqramları təşkil etməklə yanaşı, Fələstinin Qüds şəhərindəki Məscidül-Əqsada Quran fəaliyyətlərini də dəstəkləyir. Məscidül-Əqsa rəsmi olaraq bu nazirliyin nəzarətindədir.