IQNA

Sankt-Peterburqda İran Quran sənətləri sərgisi keçirilib

10:32 - December 05, 2023
Xəbər sayı: 3495083
MOSKVA (İQNA) - Sankt-Peterburq Dinlər Tarixi Muzeyində Qurani-Kərimə aid 70-dən çox əsər sərgilənib.

İƏT-in İctimaiyyətlə Əlaqələr Departamentinin xəbərinə görə, Rusiyadakı İran Mədəniyyət Mərkəzi sentyabrın 13-dən noyabrın 21-dək Sankt-Peterburqda “Quran ayələri üzərində İran sənətləri” adlı sərgi Sankt-Peterburq Dinlər Tarixi Muzeyində keçirilir.

Sərgidə Təbriz İslam İncəsənət Universitetinin rəssamlarının hazırladıqları ikiüzlü Quran xalçası da yer alıb. Qurani-Kərimə aid 70-dən çox əsər sərgilənib.

Sərgiyə gələn yüzlərlə ziyarətçi İslam incəsənəti və bu sənətlərdə Quran anlayışları və ayələrinin necə istifadə edildiyi ilə tanış olub. Sərgi Rusiya incəsənətsevərləri və mediası tərəfindən yüksək qiymətləndirilib.

Bu sərginin açılış mərasimində şərqşünas və islamşünas və Sankt-Peterburq İslam Mədəniyyəti və Sivilizasiyası Muzeyi, Rusiya Dinlər Tarixi Muzeyinin rəhbəri Yefim Rıdvan, İran İslam Respublikası səfirliyinin mədəniyyət attaşesi və digər rəsmi şəxslər iştirak ediblər.

Rıdvan İran mədəniyyəti və sivilizasiyasının yaxınlıqdakı sivilizasiyaların mədəniyyət və incəsənətinə böyük təsirindən danışıb.

İranın mədəniyyət attaşesi Məsud Əhmədvənd mərasimdəki çıxışında İran incəsənəti ilə müsəlmanların müqəddəs kitabında gizlənən mənəvi-əxlaqi anlayış və dəyərlər arasındakı əlaqəyə toxunub. O, Quranın qədim olduğunu və bu bağlılığın nümunələrinin sərgidə nümayiş etdirilən bir çox İran sənətində, o cümlədən memarlıq, xəttatlıq və sənətkarlıqda aydın şəkildə göründüyünü bildirib.

Xatırladaq ki, Dövlət Dinlər Tarixi Muzeyi 1932-ci ildə Sovet Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə rəsmi fəaliyyətə başlamışdır. Bu muzeydə 200 mindən çox əsər sərgilənir.

4185386

captcha