"İQNA", "Əl-Ğəd"-ə istinadən xəbər verir ki, Oktyabrın 9-da Çeçenistanın paytaxtı Qroznıda Qurani-Kərimin bir cildini yandırmaqda ittiham olunan Nikita Juravil adlı rus gəncin məhkəməsi başlayacaq.
O, keçən ilin mayında Volqoqradda müqəddəs Qurani-Kərimin bir nüsxəsini məscidin qarşısında yandırdıqdan sonra Rusiya təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Bundan sonra Çeçenistanın paytaxtı Qroznı məhkəməsi müttəhimin məhkəməsinin oktyabrın 9-da başlayacağını bildirdi.
Məhkəmənin bəyanatında Juravilə qarşı qaldırılan cinayət işinin qəbul edildiyi və Rusiya İstintaq Komitəsinin məlumatına görə, o, pul müqabilində Ukrayna təhlükəsizlik xidmətinin göstərişi ilə Quranı yandırdığını etiraf edib.
Komitə izah edib ki, müsəlmanların hisslərini təhqir etmək ittihamı ilə cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxs istintaq və məhkəmə prosesini başa çatdırmaq üçün Çeçenistandakı müstəntiqlərə təhvil verilib.
4173595