IQNA

Rusiyada Qurana hörmətsizlik edən şəxs müsəlmanlardan üzr istəyib

10:04 - May 24, 2023
Xəbər sayı: 3494222
Rusiyanın Volqoqrad şəhərində Quranın yandırılmasına məsul şəxs Nikita Juravel dinə zidd olan bu hərəkətinə görə bütün dünya müsəlmanlarından üzr istəyib.

"İQNA", "Sədyul-Bələd"-ə istinadən xəbər verir ki, O, məhkəməyə gəlmək ərəfəsində dedi: Bütün dünya müsəlmanlarından üzr istəyirəm, davranışım çox pis idi.

Juravel həmçinin əlavə edib: "Mən özümü çox günahkar hiss edirəm və dünya müsəlmanlarından üzr istəyirəm".

O, daha əvvəl etiraf etmişdi ki, Ukrayna kəşfiyyat orqanlarının göstərişi ilə Quranın yandırılmasını həyata keçirib. Rusiya təhlükəsizlik agentliyi də bu cinayətin təşkilində Amerika kəşfiyyat idarəsinin məsuliyyət daşıdığını bildirib.

Qurani-Kərimi yandıran şəxs əvvəllər də Rusiya polisi tərəfindən həbs edilib. Rusiya İstintaq Komitəsinin açıqlamasında müsəlmanların dini hisslərini təhqir etdiyinə görə, bununla bağlı lazımi tədbirlərin görülməsi üçün ona qarşı cinayət işi açılıb.

Həbs olunan zaman Juravel bu cinayəti 10 min rubl almaq müqabilində Ukrayna kəşfiyyatının göstərişi ilə törətdiyini deyib.

Rusiyalı müstəntiqlər Volqoqradda məscidin qarşısında Quran yandıran şəxsin videosu internetə yükləndikdən sonra araşdırmalara başlayıb. Günahı sübuta yetirilərsə, Juravel dini ayinləri təhqir etdiyinə görə üç ilə qədər həbs cəzası alacaq.

4142817

captcha