IQNA

İordaniyada "Ramazan mənəviyyatı" adlı Quran sərgisi keçirilir

22:06 - April 02, 2023
Xəbər sayı: 3493948
Bir neçə ərəb ölkəsindən olan 10 təsviri sənət rəssamı İordaniyanın paytaxtı Əmmanda keçirilən "Ramazan mənəviyyat" Sərgisində xəttatlıq sahəsindəki bəzi əsərlərini nümayiş etdirib.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı, İraq, Suriya və İordaniyadan olan 10 təsviri sənət rəssamı “Ramazan ayının mənəviyyatı” adlı sərgidə İslam xəttatlığı sahəsindəki bəzi əsərlərini nümayiş etdirib.

Bu sərgi İordaniyanın paytaxtı Əmmanda “Sənətə baxış” qalereyasında keçirilib.

25 rəsm əsərinin yer aldığı və aprelin 5-dək davam edəcək bu sərgi Qurani-Kərimin surə və ayələrinə diqqət yetirməklə, ərəb dünyasında qədim və yeni nəsil rəssamların iştirakı ilə təşkil olunub.

“Ramazan mənəviyyatları” sərgisinin keçirilməsində məqsəd bu sahədə yeni sənətkarlara dəstək olmaq, eyni zamanda İslam xəttatlığı sənətinin müxtəlif cəhətlərini qədim və müasir formada göstərməkdir.

Bundan əlavə, bu sərgidə İslam xəttatlıq sənətinin ənənəvi formasından müasir dövrün inkişaflarına qədər davam edən gedişatı da ziyarətçilərə göstərilib.

“Ramazan mənəviyyatı” adlı rəsm sərgisində mərhum iordaniyalı rəssam Ədnan Yəhyanın bir sıra rəsmləri də nümayiş olunub.

Bu ərəb rəssamı öz həyatını və sənət təcrübəsini Fələstin idealının sənət əsərləri, xüsusən də rəsmlər şəklində ifadəsinə həsr etmişdir. Bu rəssamın ən mühüm əsərlərindən biri də Fələstin xalqının tarixinin və arzularının təcəssümü olan məşhur “Şəhid” tablosudur.

4130885

captcha