IQNA

Qoca Misirli kişinin Məscidün-Nəbidə dördüncü dəfə Quranı yazmaq arzusu

10:57 - November 12, 2022
Xəbər sayı: 3493244
Üç dəfə Qurani-Kərimi yazan qoca misirli kişi Peyğəmbər (s) məscidində dördüncü dəfə Quranı yaza bilmək arzusunda olduğunu bildirib.

"İQNA", "Qahirə 24" telekanalına istinadən xəbər verir ki, 70 yaşlı misirli Əbdül-Həkim Nofəl Qarbiyə əyalətinin Əl-Sunatə şəhərinin mərkəzindəki Əl-Şəndlat kəndində kiçik bir mənzildə mizin arxasında oturub, Quranı yazmaq üçün hazırladığı kağızlarla qarşısındakı noutbukdan ayələri oxuyur. Sonra ayələri kağızlara çox diqqətlə yazıb bitirir.

Nofəl Qurani-Kərimin 3 nüsxəsinin yazılmasının təfərrüatları barədə deyib: "Əbdülhəkimin böyük oğlu gözəl xəttatlıq bacarığına görə ona Quran yazmağı təklif etdi. O, Qurani-Kərimi öz əli ilə yazmağa başlamaq qərarına gəldi. Dörd övladı ona lazım olan yazı alətləri və kağızları təqdim edərək ilk nüsxəni yazmaqda kömək etdi. O, ilk nüsxənin yazılmasının 6 ay 20 gün sürdüyünü açıqlayıb.

O, Qurani-Kərimi 600 gündə 3 dəfə yazdığını və dördüncü dəfə yazmağa hazırlaşdığını bildirib. O, qeyd edib ki, bu, onun üçün əqli, fiziki və mənəvi cəhətdən çox çətin olub. Ümid edir ki, Allah ona Quranı dördüncü dəfə tam şəkildə yazmağa və nəzərdən keçirilməsi üçün Əl-Əzhər Komitəsinə təqdim etməyə kömək edəcək. Bu da onun dörd övladı və doqquz nəvəsi üçün miras olacaq.

O, həyat yoldaşının Qurani-Kərimin üç nüsxəsinin yazılmasında heyrətamiz rol oynadığını bildirib. Çünki həyat yoldaşı onu yazdığı ayələri nəzərdən keçirməyə həvəsləndirir və kömək edir.

Sonda Nofəl dördüncü nüsxəni həyat yoldaşı ilə birlikdə Hərəm-i-Şərif və Məscidün-Nəbidə yazmaq istədiyini bildirib. O, deyib ki, Quranın hər hərfini yazmaq onun üçün savabdır və günahlarından birini təmizləyir, Qurana baxmaq isə ibadətdir.

4097913

captcha