IQNA

Afinada ilk xüsusi müsəlman qəbiristanlığı yaradılıb

17:29 - October 26, 2022
Xəbər sayı: 3493147
Yunan mətbuatının məlumatına görə, Afinada müsəlmanlar üçün ilk xüsusi qəbiristanlıq 2023-cü ilin yayında hazır olacaq.

"İQNA", "Əl-Mültəqi Əl-Yəməni"-yə istinadən xəbər verir ki, Yunan mediası bu ölkənin paytaxtı Afinada müsəlmanlar üçün ilk qəbiristanlığın yaradılması üzrə işlərin başa çatdığını açıqlayıb.

Anadolu Xəbər Agentliyinin verdiyi xəbərə görə, yerli "Tinia" qəzeti bununla bağlı Afinada ilk müsəlman qəbiristanlığının tikintisinin başlanmasından 7 il sonra tamamlanmaq üzrə olduğunu bildirib.

Bu Yunan mediası qeyd edib ki, Yunanıstanın Attika əyaləti bu qəbiristanlığın tikintisini maliyyələşdirəcək və 2023-cü ilin yayında hazır olacaq.

Afina müsəlmanlar üçün xüsusi qəbiristanlığı olmayan yeganə Avropa paytaxtıdır. Bu, müsəlman qohumlarının cənazələrini ölkələrinə və ya türk müsəlman azlığının yaşadığı Trakya bölgəsinə göndərmək üçün müsəlmanların üzərinə ağır maliyyə yükü qoyur.

4094226

captcha