IQNA

Rusiyada İslam əlyazmaları barədə sənədli film nümayiş etdirilib

19:04 - October 17, 2022
Xəbər sayı: 3493094
Moskvada Rusiya İslam Araşdırmaları Fondunun (İbn Sina) dəstəyi ilə İslam əlyazmalarına dair “Yazılı irs” adlı sənədli film nümayiş etdirilib.

"İQNA", xəbər verir ki, bu filmin rejissoru Əmir Vəlinejaddır. O, İslam əlyazmaları sənətinin orijinallığı və sivilizasiyası haqqında bir hekayədir.

Rusiya İslam Araşdırmaları Fondundan verilən məlumata görə, bu sənədli film iranlı rəssamların təsvirləri və xəttatlarının əsərləri ilə İslam əlyazmalarının yaranması, yaradıcılığı və məzmunundan bəhs edir.

Bundan əvvəl Əmir Vəlinejadın “Nöqtə” filmi İbn Sina Fondunun dəstəyi ilə 2019-cu ildə çəkilib. Bu film beynəlxalq festivallarda tamaşaçı nöqteyi-nəzərindən ən yaxşı əsər nominasiyasında mükafatlar qazanmışdır.

İbn Sina Fondu rusiyalı ustadlar, tələbələr və auditoriyanı İslam incəsənəti ilə tanış etmək məqsədi ilə rus dilində bir neçə əsər nəşr etdirmişdir.

Yazılı irs və “Nöqtə” sənədli filminin hazırlanması və istehsalı da eyni istiqamətdə aparılmışdır.

4092126

captcha