IQNA

Rusiyada məscidlər və İslam mərkəzləri əhəmiyyətli dərəcədə artıb

8:37 - June 06, 2022
Xəbər sayı: 3492352
Sovet İttifaqının dağılmasından sonra Rusiya Federasiyasında məscidlərin, İslam mərkəzlərinin və universitetlərinin sayı xeyli artmışdır.

"İQNA", "Avrasiya"-a istinadən xəbər verir ki, Rusiyanın baş müftisi Tələt Tacuddin Sovet İttifaqının dağılmasından sonra keçən 33 il ərzində Rusiya Federasiyasında 7500 məscid, 7 İslam universiteti və Bolqarıstan İslam Akademiyasının açıldığını bildirib. 1989-cu ildə bütün Sovet İttifaqında cəmi 340 məscidin və iki İslam təhsil mərkəzinin olduğunu nəzərə alsaq, bu, əhəmiyyətli artımdan xəbər verir.

Rusiya Müsəlmanları Ruhanilərinin Mərkəzi İdarəsinin rəhbəri də bunun təkcə müsəlmanların deyil, bütövlükdə Rusiyanın uğuru olduğunu deyir.

Lakin qeyd etmək lazımdır ki, Rusiyada bir çox məscidlər varlı müsəlmanlar tərəfindən doğulduğu kəndlərdə abidə kimi tikilib və onların çoxu o qədər də fəal deyil.

"Fəal məscidlər" adlandırıla bilən məscidlərin sayı Tacuddinin işarə etdiyi 7600 məsciddən çox azdır. Eyni zamanda, bu məscidlərin əksəriyyəti Dağıstan və digər Şimali Qafqaz respublikalarında, daha az hissəsi isə Mərkəzi Volqaboyu ərazisində yerləşir.

4061890

 

captcha