IQNA

Yəhudi mühacirlər Fələstində məscid yandırdılar

22:38 - July 27, 2020
Xəbər sayı: 3487744
Tehran (IQNA) - Yəhudi mühacirlər Fələstində məscidi yandırdılar və divarlara irqçi şüarlar yazdılar. Hadisə İordan çayının Qərb sahilində Ramallahın yaxınlığında yerləşən əl-Bira şəhərində baş verib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "SƏFA" informasiya portalına istinadən verdiyi xəbərə görə, işğal edilmiş Fələstin torpaqlarında məskunlaşdırılan yəhudilər məscid yandırıblar.

Hadisə İordan çayının Qərb sahilində Ramallahın yaxınlığında yerləşən əl-Bira şəhərində baş verib.

Yəhudi mühacirlər şəfəq vaxtı şəhərə soxulublar. Onlar məscidin daxili divarlarında iqrçi şüarlar yazıblar və məscidi yandırıblar”, – deyə əl-Bira meri Əzzam İsmayıl bildirib.

Fələstin Azadlıq Təşkilatının (FAT) icra komitəsinin katibi yəhudi mühacirlərin bu hərəkətini pisləyib.

Onlar bu gün səhər əl-Bira şəhərindəki məscidi yandırıblar və onun divarlarında “Ərəblər mühasirəyə alınsın, bura yəhudi torpağıdır” yazıblar. Bu, irqçilik və aparteiddir”, – deyə o qeyd edib.

HƏMAS rəsmisi Hazim Qasim bu hərəkəti vəhşilik və digər din və ibadət məkanlarına qarşı düşmənlik və ehtiramsızlıq adlandırıb. /3912840

 
به آتش کشیدن مسجدی در کرانه باختری به دست شهرک‌نشینان صهیونیست +عکس
 
به آتش کشیدن مسجدی در کرانه باختری به دست شهرک‌نشینان صهیونیست +عکس
 
به آتش کشیدن مسجدی در کرانه باختری به دست شهرک‌نشینان صهیونیست +عکس
 
آماده// به آتش کشیدن مسجدی در کرانه باختری به دست شهرک‌نشینان صهیونیست +عکس
captcha