IQNA

Dini elmlər mədrəsəsi tələbələri Trampın gülünc sözlərini qınadılar

20:30 - May 10, 2018
Xəbər sayı: 3483147
ABŞ prezidentinin nüvə anlaşmasından çıxmaqla bağlı səsləndirdiyi gülünc fikirlərə etiraz olaraq İranın Rəzəvi Xorasanı, Şimali Xorasan və Həmədən vilayətlərində dini elmlər mədrəsəsi tələbələri və müəllimləri bu gün səhər aksiya keçiriblər.

Dini elmlər mədrəsəsi tələbələri Trampın gülünc sözlərini qınadılarIQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla verdiyi məlumata görə, vəli fəqihin Rəzəvi Xorasanı vilayətindəki nümayəndəsi ayətullah seyid Əhməd Elmülhüda Məşhəd şəhərində dini elmlər mədrəsəsi tələbələri və müəllimləri qarşısında etdiyi çıxışında nüvə anlaşmasının İran ilə düşmən olanların zərərinə olduğunu deyərək, əlavə edib: Amerika dünyanı qorxutmaq yolu ilə İran əleyhinə ümumi fikir formalaşdırmaq istəyirdi. Amma, fitnələri ifşa oldu. Bu toplantıda iştirak edən dini elmlər mədrəsəsi tələbələri və müəllimləri ABŞ-ın sədaqətsizliyi əleyhinə şüarlar veriblər. 

Bu gün səhər Həmədan və Şimali Xorasan vilayətlərində də dini elmlər mədrəsəsi tələbələri və müəllimləri aksiya keçirərək, ABŞ-ın nüvə anlaşmasından çıxmaq üzrə hərəkətini ağılsızlıq adlandıraraq, ABŞ prezidentinin bu qərarını pisləyiblər. 

 

captcha