IQNA

Tramp, Ərəbistan və İsrailin İran haqda ümidləri puça çıxdı

23:05 - January 04, 2018
Xəbər sayı: 3482592
Livan Hizbullahının baş katibi çərşənbə günü İrandakı son hadisələrə reaksiyada bildirib: ABŞ prezidenti Donald Tramp, sionist rejimin baş naziri Benyamin Netanyahu və Səudiyyə Ərəbistanı rejimi rəsmilərinin İrandakı ümidləri puça çıxdı.
Tramp, Ərəbistan və İsrailin İran haqda ümidləri puça çıxdıBeynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Sahartv-yə istinadla xəbər verir ki, Seyid Həsən Nəsrullah əl-Məyadin televiziyasına verdiyi müsahibədə deyib: ABŞ və müttəfiqlərinin İran əleyhinə hərəkətləri İran İslam Respublikasının müqavimət və Fələstini dəstəkləməsinə görədir. 

Livan Hizbullahının baş katibi İran xalqının müqavimətə inandığını bildirərək xatırladıb: İran xalqı dəfələrlə ABŞ və müttəfiqlərinin planlarını iflasa uğradıblar. 

Seyid Həsən Nəsrullah Fələstin xalqının təslimedilməz olduğunu bildirib və əlavə edib: Müqavimət Fələstin müqavimətinə kömək etmək üçün hər bir fürsətdən istifadə edəcək. 

Seyid Həsən Nəsrullah deyib: ABŞ, sionist rejim və Səudiyyə Ərəbistanı rejimi regionu müharibəyə doğru sürükləməkdədirlər. Lakin müqavimət mehvəri onların qarşısında dayanmağa hazırdır. 
Teqlər: trump ، ərəbistan ، iran ، İraq ، quran ، abş
captcha