IQNA

Kərbəlada "Beynul-Hərəmeyn"də Qurban bayramı namazı qılındı + Foto

0:22 - September 03, 2017
Xəbər sayı: 3482079
İraqın Kərbəla şəhərində İmam Hüseyn (ə) zəvvarları və Əhli-Beyt (ə) aşiqləri bu gün səhər, şənbə, 2 Sentyabr 2017-ci il, Qurban bayramı namazını "Beynul-Hərəmeyn"də qıldılar.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İmam Hüseynin (ə) müqəddəs hərəminin informasiya portalına istinadla verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərində İmam Hüseyn (ə) zəvvarları və Əhli-Beyt (ə) aşiqləri bu gün səhər, şənbə, 2 Sentyabr 2017-ci il, Qurban bayramı namazını "Beynul-Hərəmeyn"də qıldılar.

Kərbəlanın Qurban bayramı namazının xətibi Şeyx Əhməd Safi namazın xütbələrində Həzrət Peyğəmbərin (s) - " كُلُّكُمْ رَاعٍ وَكُلُّكُمْ مَسْؤول عَنْ رَعِيَّتِهِ" – "sizin hamınız mühafizəçi və hamınız öz tabeliyində və mühafizə ərazisində olana görə məsuliyyət daşıyırsınız" hədisinə işarə edərək insanın öz ətrafına diqqət etməsi, qayğı göstərməsi və onlara görə məsuliyyət daşıması barədə danışdı.

O həmçinin nəfsin mühasibə edilməsi, insaf və ədalətə riayət etməyin zəruriliyinə işarə edərək vurğuladı: Din təkcə oruc və namaz deyil, qanunlara hörmət və qanuna bağlılıq da dinin bariz nümunəsidir.

Qurban bayramı namazının xətibi çıxışının davamında ümumi mülkiyyətin qorunması və ondan şəxsi istifadə edilməməsində diqqətli olmağı vurğuladı və xəbərdarlıq etdi ki, hamıya aid olan ümumi mülkiyyətdən istifadə etmək insanı pis işlərə və harama sövq edir və harama adət etməyin nəticəsində insan bu pis işləri tərk etməkdə çətinliklə üzləşir.

http://www.iqna.ir/fa/news/3637086












captcha