IQNA

Quran tilavəti sənəti / 21

Misirin siyasi xadimlərinin sevimli qarisi

16:51 - January 24, 2023
Xəbər sayı: 3493608
Taha əl-Fəşni Misirin görkəmli qiraətçilərindəndir ki, onun səsinə müsəlmanlarla yanaşı, qeyri-müsəlmanlar da maraq göstərirdi. Onun qiraəti o qədər güclü və cəlbedici idi ki, hətta Misir siyasətçiləri də ona valeh olurdu.

Misirin şair və qarilərindən Taha Əl-Fəşni kimi tanınan Taha Musa Həsən 1900-cü ildə Misirin “Bəni Suif” əyalətinin “Fəşən” şəhərində anadan olub. Muğam sənətində Şeyx Əli Mahmudun yolunu davam etdirmiş, Şeyx Mustafa İsmayılın qiraət üslubu ilə də çox maraqlanmışdır.

Ondan qalan ən yaxşı və məşhur əsərlər arasında "Hubbul-Hüseyn", "Ya Əyyühəl-Muxtar" və "Milad Taha"nı qeyd etmək olar. Taha əl-Fəşni 1971-ci ildə vəfat edib.

Ondan əvvəl Misirdə çoxlu böyük sənətkarlar olub ki, onların ən yaxşıları “Əli Mahmud” və “Səid Dərviş”dir. Lakin Taha əl-Fəşninin yaşadığı dövrdə səs qurğuları və alətləri təkmilləşmiş, əsərləri dinləyicilərə daha keyfiyyətli çatmışdır. Ona görə də Taha Əl-Fəşninin əsərləri daha qalıcı olub.

Taha əl-Fəşni güclü çıxışları ilə hər kəsi heyran etdi. Hətta Misirin yüksək vəzifəli şəxsləri də onun əsərləri ilə maraqlanırdılar. O, Camal Əbdül-Nasirin və Ənvər Sədatın sevimli qarisi və şairi idi. Bu sevilməyin səbəbi heç nə deyildi, yalnız o, xoş hisslərlə çıxış edirdi.

Taha əl-Fəşninin ən görkəmli əsərlərindən biri “Hubbul-Hüseyn (ə)” əsəridir. Bu da səbəb olub ki, xristianlar da İslam dininin şəxsiyyətləri ilə yanaşı, bu dini sənətə maraq göstərsinlər.

Taha Əl-Fəşni ona görə böyük sənətkar olub ki, o, musiqi sahəsində fəaliyyət göstərib, oxumağa davam edib, çoxlu maliyyə vəsaiti əldə edə bilərdi. Amma cəmiyyətin ehtiyac duyduğu sahəni seçdi. Həzrət Peyğəmbəri (s) və Əhli-beyti (ə) mədh etməyi seçdi.

3552958

captcha