IQNA

Əqidə prinsipləri; Nübüvvət / 10

Peyğəmbərlərin dəvətinə biganə qalmaq olarmı?

9:36 - January 24, 2023
Xəbər sayı: 3493607
Peyğəmbərlər bütün insanları ilahi dinə dəvət edirlər. Bu dəvət elədir ki, ona biganə qalmaq olmaz.

Bizi peyğəmbərlərin dəvətinə biganə qalmaqdan saxlayan bir çox dəlillər var. Bir neçə nümunəni qeyd edirik:

1_ Tarix boyu peyğəmbərlər qiyam edib şəhidliyə qədər gediblər. Onların gözəl keçmişi dostlara və düşmənlərə bəllidir. Hətta düşmənlər belə onlara günah və zülm nisbəti verməzlər. Onlar aydın dəlillər və çoxlu möcüzələr göstərdilər və sadiq ardıcıllar tapdılar.

Əgər peyğəmbərlərin sözlərinin doğru və düzgün olduğunu fərz etsək, bu, yolumuza yenidən nəzər salmaq və peyğəmbərlərin yolu ilə getmək üçün kifayətdir. Çünki ağlın göstərişinə əsasən, mümkün zərərin qarşısını almaq lazımdır. Deyə bilmərik ki, zərər ehtimalı azdır; Çünki mümkündür, təhlükə və şiddətli cəza var. Ona görə də ağıl deyir ki, araşdırma aparmalıyıq. O böyük şəxsiyyətlərin yolu ilə getməli və tutduğumuz yola yenidən baxmalıyıq.

2_ Peyğəmbərlərin müxaliflərinə nəzər salsaq, görərik ki, keçmişdə Əbu Cəhllər, Əbu Ləhəblər və Əbu Süfyanlar, bu gün isə fövqəldövlətlər peyğəmbərlərin yolunun qatı müxalifləridir. Biz bu şər qüvvələrin peyğəmbərlərin yolunun doğruluğuna qarşı çıxmasını başa düşürük.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "İslami Əqidə prinsipləri (Nübüvvət)" kitabından götürülmüşdür.
captcha