IQNA

Quranı yandırmaq İslam dininə edilən hücumdur

1:22 - January 23, 2023
Xəbər sayı: 3493598
Livanın baş müftisi Qurani-Kərimin təhqir olunmasını pisləyərək, beynəlxalq ictimaiyyəti bu cür hərəkətlərlə məşğul olmağa çağırıb.

"İQNA", "Əl-Mənar"-a istinadən xəbər verir ki, Livanın baş müftisi Şeyx Əbdül-Lətif Derian verdiyi açıqlamada İsveç hakimiyyətinin Rasmus Paloudanın Quranı yandırmağa icazə verməsini pisləyib və onların bu hərəkətini ekstremizm, İslam və müsəlmanlara qarşı hücum kimi qiymətləndirib.

O, müsəlmanların nifrət və qəzəbinə səbəb olan bu hərəkətin nəticələri barədə də xəbərdarlıq edib. O, İslamı və Quranı təhqir etmək istəyənlərin hamısı ilə məşğul olmağı tələb edib.

Omanın müftisi Şeyx Əhməd ibn Həmd Əl-Xəlili də Twitter-də yayımladığı bəyanatda bu hərəkəti pisləyib.

O əlavə edib: "Bu hərəkətləri ilə Quran hərflərini və kəlmələrini yandırsalar da, onun işığını söndürmək mümkün deyil".

4116482

captcha