IQNA

Malayziyanın Quran sənəti festivalında ən böyük "Nəbiyyur-Rəhmə" ensiklopediyasının təqdimat mərasimi keçirilib

1:49 - January 21, 2023
Xəbər sayı: 3493588
Malayziyanın Putracaya şəhərində keçirilən Resto Beynəlxalq Quran Sənəti Festivalında Məhəmməd Peyğəmbərin (s) həyat tərzi ilə bağlı ən böyük ensiklopediyanın təqdimat mərasimi keçirilib.

"İQNA"-nın Malayziyaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Resto Dünya Quran Sənəti Festivalında Malayziya və İran İslam Cümhuriyyətinin rəsmilərinin iştirakı ilə “Rəhmət peyğəmbərinin (s) həyat tərzi ilə bağlı ən böyük ensiklopediya”nın təqdimat mərasimi keçirilib.

Bu festival yanvarın 20-də səhər Putracayada yerləşən Resto Malayziya Fondunun Quran Nəşriyyat Mərkəzində başlayıb.

Resto festivalının səhər mərasimində İran İslam Cümhuriyyətinin Malayziyadakı səfiri və müşaviri, həmçinin Türkiyə və İraqın Malayziyadakı mədəniyyət məsləhətçilərinin iştirakı ilə ən böyük Qurani-Kərim tablosunun açılışı olub.

Bu tədbirdə Səudiyyə Ərəbistanı tərəfindən sərgilənən bu əsər haqqında ölkəmizin Malayziyadakı mədəniyyət məsləhətçisi Məhəmməd Urei Kərimi deyib: "Bu ensiklopediyanın uzunluğu səkkiz metr altmış santimetr, eni beş metr, çəkisi 1500 kiloqramdır və 429 səhifədir.

 

“Əl-Vaqiə” surəsinin bu tablosu Resto Fondunun malayziyalı rəssamları tərəfindən çəkilmişdir və onun bəzəyi də bu fondun rəssamlarının səyi ilə həyata keçirilmişdir.

4115887

 

captcha