IQNA

Amerika müsəlmanları Con Hopkins Universitetinin yeni xidmətlərini yüksək qiymətləndirirlər

18:40 - January 01, 2023
Xəbər sayı: 3493502
Amerika-İslam Münasibətləri Şurasının Merilend şöbəsi Con Hopkins Universiteti rəsmilərinin müsəlman tələbələrin dini ehtiyaclarını ödəmək üçün göstərdikləri səyləri yüksək qiymətləndirib.

"İQNA", "Amerika-İslam Münasibətləri Şurası"-na istinadən xəbər verir ki, Cons Hopkins Universitetində namaz zalının kilidinin dəyişdirilməsi və halal yemək seçimlərinin təmin edilməsi aylardır müsəlman tələbələrin tələbləri siyahısında birinci yerdədir.

Müsəlman Tələbələr Assosiasiyasının vitse-prezidenti vəzifəsini icra edən nevrologiya üzrə mütəxəssis Müzəyyən Əş-Şərif deyib: "Bizə dedilər ki, onlar nəsə edirlər, lakin nə etdiklərini anlamaq çətin idi".

Dərnəyinin 50-yə yaxın fəal üzvü olan Əş-Şərif əlavə edib: "Biz diqqətdən kənarda qaldığımızı hiss etdik və tələbə olduğumuz üçün narahatlıqlarımızın ciddiyə alınmadığını düşündük. Universitetin ibadət zalının qapısında qıfılın olmaması bu ilin əvvəlində qeyri-müsəlman tələbələrin məkana daxil olaraq namaz qılan tələbələri narahat etməsi ilə gündəmə gəlib".

Həmçinin universitetdə müsəlman tələbələrə halal yeməklər verilməsə də, universitetdə yəhudi tələbələrə koşer yeməkləri verilib.

Bu birliyin üzvləri onlardan kömək istəmək üçün Amerika-İslam Münasibətləri Şurasının Merilend ştatındakı ofisinə gediblər. Şuranın direktoru Zeynəb Çodri tələbələri Hopkinsin provosti Çarlz Lou ilə əlaqə saxlamasına kömək edib.

Lou namaz zalının qapısını dəyişdirəcəyini, kampusda halal qida variantlarını genişləndirəcəyini və müsəlman tələbələrə yeni imam-camaat axtarışında kömək edəcəyini vəd edib.

Çodri açıqlamasında deyib: "Bu hərəkətlər universitetin tələbələrinin ehtiyaclarına əhəmiyyət verdiyini göstərir".

Lou məktubunda Müsəlman Tələbələr Assosiasiyasının üzvləri ilə görüşmək fürsətinə görə minnətdar olduğunu və universitetin bu tələbələrə dəstək verəcəyini vurğulayıb.

4110812

captcha