IQNA

Quranın təqdim etdiyi şəxsiyyətlər / 18

Həzrət Yaqubun (ə) 50 illik sınağı

14:22 - December 02, 2022
Xəbər sayı: 3493348
İlahi peyğəmbərlər Allahın xüsusi bəndələri idilər. Onlar ilahi imtahanlardan müvəffəqiyyətlə çıxıblar. Bu ilahi imtahanlar arasında Yusifin (ə) 50 illik yoxluğu da var idi ki, bu da Yaqubun (ə) ağır sınaqlara məruz qalmasına səbəb olmuşdur.

Yaqub (ə), İbrahimin (ə) nəvəsi və Allahın peyğəmbərlərindən olan İshaqın (ə) oğlu idi. Allah Quranda İshaq və Yaqubun doğulmasını İbrahimə xəbər vermişdir. İshaq (ə) bir müddət “Fədan Aram” adlı bir şəhərdə dayısının yanına gedib çobanlıq edirdi.

Yaqubun ləqəbi İsraildir. İslam və Yəhudi kitablarında qeyd olunan rəvayətlərə görə, bu ləqəb ona Allah tərəfindən verilmişdir ki, onunla bərəkət tapsın. İsrailin “Allahın bəndəsi” mənasında da gəldiyi deyilir.

Yaqub adı 10 surədə 16 dəfə, İsrail adı isə Ali-İmran və Məryəm surələrində iki dəfə çəkilir.

Təbərsi Məcməul-Bəyanda İsrailin Yəqub olduğunu bildirir və deyir ki, “isra” bəndə, “İl” isə Allah deməkdir. Beləliklə, bu söz Allahın bəndəsi deməkdir.

Ləqəbi “İsrail” olan Yəqub, Bəni-İsrailin atası sayılır. Çünki Yaqubun nəslindən çoxlu peyğəmbərlər göndərilmişdir. Həmçinin Quranda Yaquba “İmam” rütbəsi verilmişdir.

İshaq, oğlu Yəqubdan Nuhun (ə) tufanından sağ qalan Mesopotamiyalı qızlarla evlənməsini istədi. Bu peyğəmbər də atasının istəyini qəbul etdi. İlya və Rahilə adlı iki bacı ilə evləndi. Əlbəttə ki, rəvayıətlərə görə, Yaqub birinci bacısının ölümündən sonra ikinci bacı ilə evləndi.

Əvvəlcə İlya ilə evləndi və ondan altı oğlu oldu. Sonra o öldü və Yaqub bacısı Rəhilə ilə evləndi və onlardan Yusif və Binyamin dünyaya gəldi. Digər iki arvadından da dörd oğlu dünyaya gəldi.

Qurani-Kərimdə Həzrət Yəqubun (ə) adı müxtəlif hallarda çəkilsə də, Həzrət Yəqubun hekayəti onun oğlu Yusifin ayrılığı ilə bağlı geniş şəkildə qeyd olunur. Onun oğlu Yusifdən (ə) ayrılması və onunla yenidən görüşməsi Yusif surəsində bəhs edilir.

Quran həmçinin Yaqubun kor olması hekayəsindən bəhs edir

 O, oğlu Yusif yoxa çıxandan sonra uzun illər ağladığı üçün görmə qabiliyyətini itirdi. Tarixi rəvayətlərə görə, bu ayrılıq 50 ilə yaxın davam edib. Yaqub (ə) oğlu Yusifi tapdıqdan sonra Misirə hicrət etdi və bir müddət orada yaşadı. Ölməzdən əvvəl övladlarını bir yerə toplayıb onlara əcdadı İbrahimin dininə tabe olmalarını əmr etdi və onlardan bu dini qəbul etmələrini istədi.

Həzrət Yaqub 50 il Kənan əhlini doğru yola və Həzrət İbrahimin (ə) şəriətinə dəvət etdi. O, 17 il Misirdə yaşayıb.

Yaqubun (ə) bütün ilahi peyğəmbərlər kimi özünəməxsus xüsusiyyətləri və imtiyazları vardır. O, da Allahın seçilmişlərindən idi. O, ibadət edən və saleh bir bəndə idi. O, zati elmə malik idi. Yuxuları yozmağı bilirdi. Gözəl və nümunəvi səbri var idi.

Yaqub (ə) məscidə ilk daxil olan və ən son çıxan, işıqları yandırıb-söndürən şəxsdir.

O, 140 və ya 147 yaşında vəfat etmiş və vəsiyyətinə əsasən dəfn olunmaq üçün cənazəsi Fələstinə aparılaraq Əl-Xəlildəki Məkfilə mağarasında dəfn edilmişdir.

captcha