IQNA

"Nəhcül-bəlağə"dən seçmələr / 6

Ən yaxşı və ən dəyərsiz elmlər hansılardır?

15:50 - December 01, 2022
Xəbər sayı: 3493346
Əməlsiz sözlər müəyyən adamlar üçün müsbət məna kəsb edir. Nə qədər ki, əməlsiz söz cəmiyyətdə müsbət funksiya daşıyır, vəziyyətin yaxşılaşmasına, tərəqqisinə ümid etmək olmaz.

Sosioloq və din sahəsində tədqiqatçı olan İmad Əfruğ “Nəhcül-bəlağə”dən iqtibaslar haqqında mühazirəsində İmam Əlinin (ə) fikirlərini təqdim edir. Onun sözlərini aşağıda “elm və təcrübə arasında sıx əlaqə” başlığı altında oxuya bilərsiniz:

 

“Nəhcül-bəlağə”nin müxtəlif hissələrində, məsələn, iyirmi doqquzuncu xütbədə əməlin sözdən üstün olması vurğulanmışdır. Nəhcül-bəlağənin doqquzuncu xütbəsinin davamında onun iyirmi doqquzuncu xütbəsini də qeyd etməyi vəd etdik. Bu xütbə də əməlin sözdən üstün tutulması və əməlsiz sözü tənqid etməsi ilə bağlıdır.

İmam Əli (ə) bu xütbədə buyurur: "Ey Kufə əhli! Bədənləriniz bir yerdədir, ancaq düşüncələriniz və arzularınız dağınıqdır. İddialı sözləriniz sərt qayaları sındırır, amma süst rəftarınız düşmənlərinizə ümid verir. Evlərinizdə oturub sərt iddialar, şüarlar söyləyirsiniz, amma döyüş günü deyirsiniz, ey döyüş! Bizdən uzaqlaş və qaçırsınız".

Bu barədə “Nəhcül-bəlağə”nin 92 və 366-cı iki hikmətini qeyd etmək istəyirəm. 92-ci hikmətdə Həzrət Əli (ə) bütün insanlara xitab edərək buyurdu: “Ən dəyərsiz elm dildə olan elmdir (sadəcə danışmaq) və ən yaxşı elm üzvlərdə aşkar olan elmdir (davranışa təsir edir)". Nəhcül-bəlağənin bu hikməti də əmələ və əməlin sözdən üstün olmasına diqqət yetirir.

İmam Əli (ə) “Nəhcül-bəlağə”nin 366-cı hikmətində də buyurur: "Elm və əməl bir-biri ilə sıx bağlıdır və hər kim bir şeyi bilirsə, ona əməl etməlidir; Çünki elm əməli gətirir. Əgər elm əməllə nəticələnsə, elm qalacaq, yoxsa gedəcək".

Bu hikmət də qabaqkı hikmət kimi elmlə əməlin əlaqəsi ilə bağlı danışır. Cəmiyyətin bir çox aktual məsələlərini müşahidə edən, fikirləşən və nəzəriyyə verənlər qeyd ediblər ki, çox təəssüf ki, bu gün hər guşədən çoxlu əməlsiz sözlər eşidirik. Görünür, bu əməlsiz sözlərin müəyyən adamlar üçün müsbət faydası var. Nə qədər ki, əməlsiz söz cəmiyyətdə müsbət funksiya daşıyır, vəziyyətin yaxşılaşmasına, inkişafına ümid bəsləmək olmaz.

* "Nəhcül-bəlağə" İmam Əlinin (ə) məktubları, xütbələri və hikmətli sözlərindən seçmədir. Seyyid Rəzinin hicri 4-cü əsrin sonunda (miladi 11 əsr) topladığı kəlamlarından seçmədir. Nəhcül-bəlağənin bir çox xütbələri insanlara ilahi əmrlərə əməl etməyi və haramlardan uzaq durmağı tövsiyə etmişdir. məktubların valilərə ünvanlanmış hissəsində isə xalqın haqqına hörmətlə yanaşmalarına əmr edilmişdir.

3965422

captcha