IQNA

İslamın əqidə prinsipləri; Ədalət / 1

Nə üçün ilahi ədalət İslam əqidəsinin əsaslarından biridir?

20:42 - November 26, 2022
Xəbər sayı: 3493319
İlahi dünyagörüşündə irəli sürülə bilən prinsiplərdən biri də, xüsusilə şiələr arasında əqidə prinsipi kimi gündəmə gətirilən ədalət məsələsidir. Bəs Allah üçün irəli sürülmüş yüzlərlə sifət arasında nə üçün ədalət imanın əsaslarından biri kimi təqdim edilmişdir?

Uca Allah bütün bəyənilən sifətlərə malikdir və bütün bəyənilməyən sifətlərdən pakdır. Allahda mövcud olan bəyənilən sifətlərin və Allahda olmayan bəyənilməyən sifətlərin müxtəlif növləri vardır ki, bunlardan kəlami müzakirələrdə bəhs edilir.

Allahın sifətlərini tanımağın yolu, Allahın özünü tanımağın yolu kimidir. Bir yazıdan onun müəllifini tanıdığınız kimi, sözlərdən və sözlərin işlədilməsindən də müəllifin sözlərlə tanışlığının miqdarını   anlayırıq. Həmçinin yazısından yazıçılıq qüdrətini başa düşürük. Mətləblərindən isə müəllifin ruhiyyəsini və məqsədini anlayırıq. Beləliklə, hər bir məxluq iki şeyi edə bilər:

 1_ Yaradanını tanıya bilər.

 2_ Yaradanının xüsusiyyətlərini, hallarını və məqsədini dərk edə bilər.

Allahın hər bir sifətinə iman insanın danışıq və davranışında, sonra isə şəxsi və ictimai həyatında müsbət və dəyərli rola malikdir.

Allahın əziz və məğlub edilməz olduğuna iman gətirmək: “Bütün izzət (və qüdrət) Allaha məxsusdur” (Yunis, 65) və bütün qüvvələr və qabiliyyətlər Ona məxsusdur, “Bütün qüdrət Allaha məxsusdur” (Bəqərə, 165). O, hər şeyi yaradan və Özünə qaytarandır (Bəqərə, 156). İnsana güvən, ləyaqət və ümid bəxş edir və onu özünü üstün görməkdən, özünü aşağı görməkdən və gələcək qorxusundan xilas edir.

Niyə ədalət prinsiplərdən biridir?

Allahın (mərhəmət, hikmət, qüdrət, yaradıcılıq, elm və s.) çoxlu sifətləri olsa da nə üçün yalnız ədalət dinin əsaslarından biri hesab olunur? Bu seçimin həm tarixi, həm də siyasi kökləri var.

Onun tarixi kökləri İslamın ilk əsrlərinə gedib çıxır. Müsəlmanların kiçik bir qrupu (əşəri məzhəbi) Allahın ədalətli olmasını vacib bilmir və deyirdilər: "Allah nə istəyib və nə etmişsə, o düzdür. Baxmayaraq ki, onlar ağıl baxımından pis və zülm sayılan şeylərdəndir!".

Əlbəttə, Allah hər şeyə qadirdir, lakin hikmətə zidd hərəkət etməz; Necə ki, gözümüzü kor edə bilərik, amma bunu etmirik. Çünki bu hərəkət hikmət üzündən deyil. Odur ki, gücdən istifadə əməlin ədalətlə, hikmətlə və əvvəlki vədlərlə uyğun olması ilə bağlıdır.

Möminləri cənnətə, günahkarları isə cəhənnəmə aparacağını vəd edən Allah indi bunun əksinə hərəkət edərsə vədindən dönər və bu əməl bəyənilmir. Allah da heç vaxt bəyənilməyən iş görməz. “Allah zülm etməz” dedikdə, biz onun qüdrətini məhdudlaşdırmamışıq. Həqiqətdə, gücün doğru yerdə istifadə olunmasına səbəb olan hikmətdir.

Amma onun siyasi kökləri Bəni-Üməyyə və Bəni Abbas dövrünə gedib çıxır. Onlar ictimai etiraz və iğtişaşlarla üzləşməmək üçün hər şeyin Allahın iradəsi ilə olduğunu və heç kimin Allahın iradəsinə zidd danışmağa haqqı olmadığını təbliğ edirdilər. Əgər biz hakim olmuşuqsa, bu, Allahın iradəsi ilə olub və heç kimin etiraz etməyə haqqı yoxdur. Çünki dünyaya məcburiyyət qanunu hakimdir və insanın seçim imkanı yoxdur. Bu determinizm Allaha xoş gəlir. Çünki Allahın razılığı ondadır. Beləliklə, Allah nə edirsə eyni ədalətdir. Əslində, bu nəzəriyyə Bəni-Üməyyə və onların hökuməti və rəhbərliyinin davamı üçün yaxşı bir siyasi dayaq idi.

  • Möhsin Qəraəti tərəfindən yazılmış " İslamın əqidə prinsipləri (Ədalət)" kitabından götürülmüşdür.
captcha