IQNA

Əqidə prinsipləri; Tövhid / 3

Fitrətin möhkəmlənməsi və çiçəklənməsinin amilləri

13:57 - November 26, 2022
Xəbər sayı: 3493318
İnsan fitrətinin meyllərinə mane olan amillər var. Amma digər tərəfdən insan fitrətinin çiçəklənməsinə, möhkəmlənməsinə səbəb olan amillər də var.

İnsanın fitrətinə kölgə salan, bu meyli zəiflədən amillərdən fərqli olaraq, onu çiçəkləndirən, cilalayan, parladan amillər də var. İndi onlardan bəzilərini qeyd edirik:

1_ Təhlükə hissi:

Bir çox insanlar dostlara, pula və gücə, ya da sahib olduqları mövqe və əlaqələrə bağlı olduqları müddətcə öz fitrətlərinə və fitri işlərinə, o cümlədən Allaha əhəmiyyət vermirlər. Ancaq əlləri kənar alət və cihazlardan kəsilən kimi və ya onların köməyindən məyus olub təhlükə hiss edən kimi öz fitrətlərinə qayıdırlar.

2_ Problemlər:

İnsanın sıxıntıları və problemlərlə mübarizəsi insanı fitri işlərdən xəbərdar edir.

3_ İlahi nemətləri yad etmək:

Diqqət, təfəkkür və Allahın nemətləri haqqında düşünmək fitrəti çiçəkləndirir.

Əgər insan fitrətinin maneələrinə diqqət yetirsə, onlardan çəkinsə və fitrətinin çiçəklənməsinə səbəb olan bir vəziyyətdə qərar tutsa, onun üçün fitri hidayət yolu möhkəmlənər. Bu da onu azğınlıqdan xilas edər.

  • Möhsin Qəraətinin yazdığı "Əqidə prinsipləri (Tövhid)" kitabından götürülmüşdür.
captcha