IQNA

Qətər, dünya çempionatında iştirak edənlərə İslamı tanıtdırıb

20:45 - November 19, 2022
Xəbər sayı: 3493285
Qətərin paytaxtı Dohada bəzi hotellərin dünya çempionatında iştirak edən tamaşaçılara və komandalara İslamı tanıtmaq üçün maraqlı təşəbbüsə başlaması kiberməkan istifadəçiləri tərəfindən müsbət qarşılanıb.

"İQNA", "Əl-Cəzirə Net"-ə istinadən xəbər verir ki, Dohadakı bəzi hotellər ilk dəfə bir ərəb ölkəsində keçiriləcək 2022-ci il Dünya çempiomatı zamanı İslamı bir neçə dildə tanıtmaq üçün otaqlarına xüsusi barkodlar yerləşdirib.

Qətərin Twitter hesabları, o cümlədən Mersal Qatar, barkodu göstərən bir şəkil yayımlayıb. Bildirilir ki, bu barkod dünya çempionatı zamanı İslamı dünyanın müxtəlif dillərində tanıtmaq üçün hotel otaqlarında hazırlanıb.

Ştrix-kod Qətər Vəqflər Nazirliyinə bağlı vebsayta qoşulub və birinci səhifədə müxtəlif dilləri ehtiva edən seçimlər var. Dili seçməklə İslam dini ilə ilkin tanışlığa dair materiallar ortaya çıxır.

Twitter-də fəallar bu şəkli geniş şəkildə dərc edib və onu yaradıcı bir fikir kimi qiymətləndiriblər. Onlar dünya çempionatını İslamı yaymaq və tanıtmaq üçün ağıllı fürsət hesab ediblər.

Qətər həmçinin futbol azarkeşlərinə İslamı tanıtmaq üçün Doha küçələrində həm ingilis, həm də ərəb dillərində Peyğəmbərin (s) hədisləri ilə bəzədilmiş divar rəsmləri quraşdırıb.

kod

4100316

captcha