IQNA

Mədəni hücumlara qarşı mübarizə haqqında yeni kitab

11:00 - November 07, 2022
Xəbər sayı: 3493218
Əl-Huda Elmləri Hövzə Araşdırma Mərkəzi və İranın Bağdaddakı Mədəniyyət Attaşesinin əməkdaşlığı ilə “Müsəlman ailələrinə qarşı mədəni hücumlarla Quran və sünnəyə əsaslanan mübarizə yolları” kitabı Bağdadda ərəb dilində nəşr edilib.

"İQNA", İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatına istinadən xəbər verir ki, Nida İbrahim Əl-Bəsir “Müsəlman ailələrinə qarşı mədəni hücumlarla Quran və sünnəyə əsaslanan mübarizə yolları” adlı kitab yazıb.

Bu kitabın birinci fəslində təhsil, media, konfranslar, seminarlar, vətəndaş cəmiyyəti institutları vasitəsilə gənc nəsil və yeniyetmələr arasında azğın adətlərin yayılması sahəsində mədəni hücum mexanizmlərindən bəhs edilir.

Kitabın ikinci fəsli bu hücumun müsəlman ailəsinə düşüncə, adət-ənənə, əxlaq, davranış, dəyərlər və ictimai münasibətlər baxımından təsirlərini əhatə edir.

Üçüncü fəsildə Quran və Sünnə, Əhli-beytin həyatına, alim və mütəfəkkirlərin hidayətinə əsaslanaraq bu hücumla necə mübarizə aparacağını açıqlayır. Bundan əlavə, “Müsəlman ailələrinə qarşı mədəni hücumlarla Quran və sünnəyə əsaslanan mübarizə yolları” kitabının dördüncü fəslində hakim sistemin millət və ailələr üzərindəki rolu araşdırılır.

“Müsəlman ailəsinin mədəni hücumu ilə mübarizə yolları” kitabının müəllifi hesab edir ki, hökumətlər və dövlət qurumları millətin ayağa qalxmasında, ateizm, küfr və mədəni işğala qarşı mübarizədə mühüm rol oynayır. Müəllif, bu əsərin bir hissəsində İmam Xomeyninin (rəh) İslam hökumətinin qurulmasında və mədəni hücumla mübarizəsindəki rolunu yüksək qiymətləndirir.

4097535

captcha