IQNA

İraqda “Quran mənim həyat proqramım” adlı plan hazırlanıb

17:04 - October 19, 2022
Xəbər sayı: 3493111
Həzrət Abbasın (ə) hərəminə bağlı Qurani-Kərimin Elmi Məclisi, bu hərəmin Qurani-Kərimin fəaliyyətinin genişləndirilməsi üçün “Quran mənim həyat proqramım” adlı plan hazırladığını bildirib.

"İQNA", Həzrət Abbasın (ə) hərəminin informasiya bürosuna istinadən xəbər verir ki, bu xəbər Qurani-Kərimin Elmi Məclisinin rəhbərinin Nəcəfdə bu məclisə bağlı olan Qurani-Kərim Mərkəzinin üzvləri ilə görüşündə gündəmə gəlib.

Forumun sədri Müştaq Əl-Əli bu iclasda bildirib: "Bu məclisin əsas məqsədi “Quran mənim həyat proqramım"dır. Bu məqsədlə Qurani-Kərimin Elmi Məclisi strateji plan şəklində İraqın bütün əyalətlərində Quran fəaliyyətini genişləndirməyə çalışır.

O, bu strategiyanın əsas prinsiplərini İraqın müxtəlif əyalətlərində Quran mərkəzləri, müəssisə və məktəblərin açılması olduğunu açıqlayıb.

Əl-Əli əlavə edib: "Bu konfransın məqsədi icmaları Quranla bağlı maarifləndirmək, Quran araşdırmasındakı boşluğu doldurmaq, milli və beynəlxalq yarışlarda iştirak etmək üçün Quran istedadlarını yetişdirmək, inkişaf etdirmək və üzə çıxarmaqdır".

4092685

captcha