IQNA

Livanda “Peyğəmbərin (s) şəxsiyyətinin siyasi cəhəti” adlı Quran seminarı keçirilib

10:34 - September 30, 2022
Xəbər sayı: 3493001
Quran seminarı “Böyük Peyğəmbərin (s) şəxsiyyəti; “Siyasi cəhəti” Livanın paytaxtı “Beyrut”un “Ər-Ravis” rayonunda “Həra, Ummul-Kitab” Mədəniyyət-Quran İnstitutu tərəfindən təşkil olunub.

"İQNA", Livandan xəbər verir ki, bu seminar sentyabrın 28-də keçirilib və bir qrup livanlı qadın orada iştirak edib.

Livanlı siyasi tədqiqatçı və siyasi elm və beynəlxalq münasibətlər üzrə ekspert Bilal Əl-Liqeys Həzrət Peyğəmbərin (s) siyasi cəhətlərini izah etdiyi bu seminarın məruzəçisi olmuşdur.

O əlavə edib: Peyğəmbərin (s) siyasi həyatı iki mərhələyə bölünür: Məkkə və Mədinə. Zor tətbiq etmədən təbliğat, səbir və dözümlülük İslam Peyğəmbərinin (s) siyasi həyatının Məkkə mərhələsinin xüsusiyyətlərindəndir.

O, Peyğəmbərin (s) həyatının Mədinə mərhələsini izah edib. Həcc surəsinin 39-cu ayəsinə istinad edərək deyib: "Peyğəmbərin həyatının Mədinə mərhələsi müharibə və işğalçılara qarşı cihada həsr edilmişdir.

O vurğuladı: Mötədil və hərtərəfli tərəqqiyə qadir şəxsiyyətin formalaşması ancaq Quran təlimlərindən istifadə etməklə mümkün olacaq.

4088635

captcha