IQNA

Müqtəda əs-Sədr İraq xalqından üzr istədi

20:09 - August 30, 2022
Xəbər sayı: 3492832
İraqın Sədr Cərəyanının lideri Nəcəf Əşrəfdə keçirdiyi mətbuat konfransı zamanı son iki gündə baş verən hadisələrə görə ölkə xalqından üzr istəyib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Seyid Müqtəda əs-Sədr həmçinin öz tərəfdarlarına aksiyaları dayandırmaq üçün ultimatum verib.

Sədr bildirib: İraqda baş verənlərə görə çox kədərlənirəm. Mən İraq xalqından üzr istəyirəm. Baş verənlərin yeganə qurbanı iraqlılardır.

Seyid Müqtəda əs-Sədr vurğulyıb: "Mənim ölkəm böyük təəssüf hissi ilə zorakılıq əsiri oldu və bu inqilab deyil."

Sədr Cərəyanının lideri sonra təhlükəsizlik qüvvələrinə və neytral mövqe tutan Əl-Həşd əş-Şəbiyə təşəkkür edib.

O, İraqın yaşıl zonasında parlament qarşısındakı bütün oturaq aksiyalarda iştirak edənlərdən 60 dəqiqə ərzində aksiyanı bitirmələrini və geri çəkilmələrini istəyib.

Sədr söhbətinin sonunda siyasi səhnədən çıxmasının qəti olduğunu vurğulayıb.

captcha