IQNA

Pis əməllərin şeytan tərəfindən yaxşı görsədilməsi

16:03 - August 23, 2022
Xəbər sayı: 3492782
Şeytanın Allah bəndələrini azdırmaq üçün istifadə etdiyi üsullardan biri də aldadmaqdır. Onun əsas nümunələrindən biri isə çirkin işləri gözəl göstərməkdir.

İnsan çirkin və səhv bir iş gördükdə onun fikrində o işin pisliyi get-gedə azalır və buna öyrəşir. Bir müddət sonra ona alışır. Öz çirkin davranışına haqq qazandırır. Hətta eyni çirkin davranış onun gözündə getdikcə gözəl və vəzifə kimi görünür.

İnsanın vicdanı toxunulmaz olanda yaxşını və pisi tanıyar. Amma bilərəkdən günah və fəsad yoluna qədəm qoyduğunda, vicdanın davranışa təsiri azalar. Həmçinin çirkin və günah işlərdən çəkindirici xüsusiyyəti azalar. Məhz bu yolla çirkin şeylər onun üçün gözəl və cəlbedici olur. Quran ayələrində əməllərin bəzədilməsi kimi qeyd olunan budur.

Bəs pis iş görənlərin çirkin əməllərini gözəlliklə bəzəyən kimdir? Qurani-Kərimdə bu, üç şəkildə gəlib:

1_ Bəzən bu bəzədilmə Allah tərəfindən edilir. Bu da Allahın dünya əhlinə və axirətə inanmayanlara qarşı davranışıdır. Bu insanları Allah tərk etmiş kimi görünür: “4.          Həqiqətən, axirətə inanmayanların (pis) əməllərini özlərinə yaxşı göstərdik. Onlar (öz azğınlıqları içərisində) şaşqın bir vəziyyətdədirlər” (Nəml, 4). Allahın bu davranışı təkcə fərdlərə aid deyil və ola bilsin ki, bir cəmiyyət və bir millət bu xoşagəlməz xüsusiyyətə düçar olsun: “Beləcə, hər bir ümmətə öz əməllərini gözəl göstərdik” (Ənam, 108).

2_ Bəzən bu pis işi gözəl göstərmək  şeytana nisbət verilir. Bəziləri davranışları haqqında düşünürlər. Məğrurluqları səbəb olur ki, şeytanla yoldaşlıq etsinlər. Şeytan da onların pis rəftarlarını yaxşı göstərir: “O zaman (Bədr günü) Şeytan onlara öz əməllərini gözəl göstərib” (Ənfal, 48).

3_ Bəzən bu gözəl göstərmə məchul fel şəklində gəlir və onu kimin etdiyi aydın olmur: “Pis əməlləri onlara gözəl görünmüşdür” (Tövbə, 37). Bu ayə nə Allaha, nə də qiyamət gününə inanmayan kafirlərdən bəhs edir. Onlar öz küfrlərində israr edir və öz azğınlıqlarında boğulurlar. Onları doğru yola yönəltməyə heç bir yol yoxdur.

Lakin pis əməlləri zinətləndirən istər Allah olsun, istər şeytan, istərsə də naməlum şəxs, görünən odur ki, insanın özü batini vəsvəsələrə və dünyapərəstliyə meyl edir. İnsanın özü yaradılış məqsədini unudaraq yanlış ləzzətlərə doğru gedir. Bunları təkrarlamaqla öz içindəki çirkinlik və yanlışlığın əsasını dəyişir. Hansının gözəl, hansının çirkin olduğuna insan qərar verir. Amma gördükləri işin nəticəsi öz əllərində deyil və başqa bir dünyada Allah qarşısında verdikləri qərara görə məsuliyyət daşımalıdırlar.

captcha