IQNA

VİDEO | Türkmənistanda İmam Rzanın (ə) qədəmgahı

13:30 - June 22, 2021
Xəbər sayı: 3490121
Hicri-Qəməri tarixi ilə 200-ci ildə Abbasi xəlifəsi Məmun şiələrin qiyamlarını yatırtmaq məqsədi ilə səkkizinci məsum rəhbər İmam Əli ibn Musa ər-Rzanı (ə) zorla Mədinə şəhərindən Xorasana gətizdirdi.

Hicri-Qəməri tarixi ilə 200-ci ildə Abbasi xəlifəsi Məmun ər-Rəşid şiələrin qiyamlarını yatırtmaq məqsədi ilə onların səkkizinci məsum rəhbəri İmam Əli ibn Musa ər-Rzanı (ə) zorla Mədinə şəhərindən Xorasana gətizdirdi.

İmam Rza (ə) Mədinədən Xorasana qədər Bəsrə, Əhvaz, Behbəhan, Yəzd, Nişabur kimi şəhərlərdən keçərək Mərv şəhərinə çatdı.

Məmun Abbasi 190-202-ci illərdə (miladla 805-817) Mərv şəhərini hakimiyyətinə paytax seçmiş və burada böyük bir saray tikmişdi ki, sonralar xarabalığa çevirildi.

Amma İmam Rzanın (ə) qədəm basdığı bu torpaqda o həzrətin (ə) ayaq qoyduğu yer və bir müddət yaşadığı guşə Əhli-Beytdən (ə) olan bir seyyidin qədəmgahı kimi bu gün də Türkmənistan müsəlmanları tərəfindən ziyarət edilir. / iqna

kod

 

captcha