IQNA

Məscidul-Həram qarilərinin tilavət disklərinin təqdimatı keçirilib

9:34 - June 22, 2021
Xəbər sayı: 3490115
Məscidul-Həramın İşlərinin İdarəsi ilk dəfə Məkkeyi-Mükərrəmənin qarilərinin və camaat imamlarının səsi ilə Qurani-Kərimin 114 surəsinin səsli və görüntülü tilavətlərinin bərk disklərini hazırlayıb.

Müqəddəs Məkkə şəhərinin Məscidul-Həram (Kəbə) İşlərinin İdarəsi ilk dəfə Məkkeyi-Mükərrəmənin qarilərinin və camaat imamlarının səsi ilə Qurani-Kərimin 114 surəsinin səsli və görüntülü tilavətlərinin bərk disklərini hazırlayıb.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  müqəddəs Məkkə şəhərinin Məscidul-Həram (Kəbə) və Məscidun-Nəbi (ə) İşlərinin İdarəsinin baş direktoru Şeyx Əbdür-Rəhman bin Əbdül-Əziz əs-Südeys Məscidul-Həramın Quran tilavəti və 2021-ci ilin Təravih namazlarının görüntülüəri yazılmış və ilk dəfə istehsal edilən bu bərk disklərin təqdimat mərasimində iştirak edib.

Məkkeyi-Mükərrəmənin qarilərinin və camaat imamlarının səsi ilə Qurani-Kərimin 114 surəsinin səsli və görüntülü tilavətləri yazılmış bu disklər "Bəsair" adlanır.

Bu disklər məcmuəsində Məkkə və Mədində məşhur qari Əbdür-Rəhman Südeysin vasitəsi ilə tilavət edilmiş Quran surələrinin və xətm dualarının sənədli görüntülüəri yer almışdır.

Bundan əlavə disklərdə Məscidul-Həramın məşhur camaat imamları və tilavətçiləri Şeyx Mahir Muiqli, Şeyx Abdullah Cühəni, Şeyx Bəndər Bəlilə, Şeyx Yasir Dusəri və digərlərinin mübarək Ramazan ayındakı tilavətləri yazılmışdır.

Bu disklərdə qiraət metodları da göstərilib və həmçinin diskin möhtəvasını və Quran ayətlərini sosial şəbəkələrdə paylaşmaq imkanı da vardır. / iqna

captcha