IQNA

"Əl-Vifaq" həbsxanalardakı məhkumların vəziyyətinə görə narahatdır

12:40 - August 12, 2020
Xəbər sayı: 3487870
Bəyanatda vurğulanır ki, Bəhreyn həbsxanalarında olan siyasi məhbusların mövcud vəziyyəti ilə bağlı narahatlıqlar var.

Eastnews.org-un verdiyi xəbərə görə, Bəhreynin "Əl-Vifaq" cəmiyyəti ölkədəki siyasi məhbuslarla bağlı bəyanat yayıb.  

Bəyanatda vurğulanır ki, Bəhreyn həbsxanalarında olan siyasi məhbusların mövcud vəziyyəti ilə bağlı narahatlıqlar var.  

"Bəzi siyasi məhbusların vəkilləri müvəkkilərinin səhhətində problemlər yarandığını, lakin həbsxana rəhbərliyinin ciddi addımlar atmadığını söyləyirlər.

Həbsdə olan və günahsız yerə cəzalara məhkum edilən istənilən bəhreynliyə görə məsuliyyəti Bəhreyn hökuməti daşıyacaq", - deyə bəyanatda diqqətə çatdırılıb.  

Qeyd olunub ki, hökumət nə yerli hüquq müdafiəçilərinin, nə də ki beynəlxalq insan haqları təşkilatlarının siyasi və vicdan məhbusları ilə bağlı tələblərinə ciddi yanaşmır. 

captcha