IQNA

Bütpərəst şüarını təkrarlamadığı üçün ağsaqqal müsəlman kişini döydülər

10:47 - August 11, 2020
Xəbər sayı: 3487862
Müsəlman bir kişi millətçi induistlərin hücumuna məruz qalıb. Qəffar Əhməd Kaççav sərnişinləri daşıdıqdan sonra evinə qayıdarkən yolsuzluq avtomobili ilə hərəkət edən iki gənc onun yolunu kəsib.

Az.shafaqna.com “The Wire”-yə istinadən xəbər verir ki, Hindistanda müsəlman avtorikşa-sürücüsü radikal millətçi induistlərin hücumuna məruz qalıb.

51 yaşlı Qəffar Əhməd Kaççav sərnişinləri daşıdıqdan sonra evinə qayıdarkən yolsuzluq avtomobili ilə hərəkət edən iki gənc onun yolunu kəsib.

Həmin şəxslər siqaret istəmək bəhanəsi ilə ağsaqqal Qəffarı dayandırıblar. Müsəlman kişi onların istəyinə cavab verdikdə onlar özlərini aqressiv apararaq ondan “Modi zindabad” (yaşasın (baş nazir) Modi) və “cay şri Ram” (Ramu tanrısına eşq olsun) deməyini tələb ediblər.

Müsəlman kişi induist dininə aid şüarı təkrarlamaqdan imtina edib, bundan sonra həmin iki gənc onu döyməyə başlayıb. Qəffar onlardan qaçmağa çalışsa da, onlar yenidən onu tutaraq induist şüarlarını təkrar etməyə məcbur etməyə başlayıblar. Hücum nəticəsində müsəlman kişinin dişləri sındırılıb, gözündən xəsarət alıb və onun pul qabını əlindən alıblar.

Onlar məni döydükdən sonra dedilər ki, yalnız məni Pakistana göndərdikdən sonra rahatlaşacaqlar”, – deyə müsəlman kişi deyib.

Zərərkəçən polisə şikayət edib; o, xəstəxanaya yerəşdirilib. Bir gün sonra isə hücum edənlər – 35 yaşlı Şambxudayal Cat və 30 yaşlı Racendra Cat həbs ediliblər.

Teqlər: hindistan ، millətçi ، hindu ، induist
captcha