IQNA

"Əsrin müqaviləsi" ilə razılaşmaq bütün müqəddəslərimizi satmaq deməkdir

12:17 - January 31, 2020
Xəbər sayı: 3486594
Şeyx Xalid Molla: Tezliklə Bağdadda Ərəb və İslam ölkələrinin alimlərinin toplantısı keçiriləcək. Bu toplantıda Amerika qüvvələrinin regioni tərk etməsini tələb edəcəyik.

İraqın əhli-sünnə alimləri birliyinin rəisi Şeyx Xalid Molla İQNA ilə müsahibəsində Amerik və sionistlərin birgə layihəsi olan "əsrin müqaviləsi"nə işarə edərək bu layihə ilə razılaşmağı Fələstini və bütün müqəddəs saydığımız dini sivmolları satmaq adlandırıb.

"Amerika-Sionist layihəsi terrorist Donald Tramp tərəfindən elan edildiyində regionda bununla təkcə İsrail rejimi və bir neçə ərəb ölkəsi razılaşdı", - deyə o əlavə etdi.

O, bu layihənin çox təhlükəli olduğuna işarə edərək vurğuladı: Hətta bəzi satqın ərəb hakimləri bu layihə ilə razılaşsalar və ya etiraz etməkdə süstlük etsələr belə, dünya xalqları və müsəlmanlar oyaqdırlar və bu layihənin həyata keçməsinə icazə verməyəcəklər.

İraqın əhli-sünnə alimləri birliyinin rəisi Şeyx Xalid Molla dedi: Donald Tramp regionun hakimi deyil. Burada ona yer yoxdur. O, vaşinqton və nyu-yorka və öz əyalətlərinə qayıtsın və bizim müqəddəs məkanları tərk etsin. Mən inanıram ki, son sözü İslam ümməti deyəcək və bu mənfur layihəni məhkum etmək üçün etiraz yürüşləri keçirəcəklər. Çünki Fələstin məsələsi biz müsəlmanlar üçün əsas məsələdir.

O, İslami müqavimət və cihad güclərinin və Ramazan ayının sonuncu Cüməsində keçirilən Qüds gününün bu məsələdə həlledici rola malik olduğuna işarə edərək dedi: Düşmənlər yalançı mediaları ilə İslam ümməti və müqəddəs simvolları arasında ayrılıq salmaq istəsələr də buna nail olmayacaqlar, məğlub olacaqlar və İslam ümmətinin ayaqda və ayıq olduğunun şahidi olacayıq.  

İraqın əhli-sünnə alimləri birliyinin rəisi Şeyx Xalid Molla müsəlman alimlərinin bu məsələdə mövqeyinin aydın olmasına işarə edərək dedi: Tezliklə Bağdadda Ərəb və İslam ölkələrinin alimlərinin toplantısı keçiriləcək. Bu toplantıda Amerika qüvvələrinin regioni tərk etməsini tələb edəcəyik. Çünki onların regiondakı hərbi bazaları şübhəli fəaliyyətlərlə məşğuldurlar, müsəlmanlar arasına təfirqə salırlar və təkcə sionist rejimini himayə edirlər.   

https://iqna.ir/fa/news/3875037

captcha