IQNA

Amerikalı müsəlman Nyu-Yorkun trafik idarəsini şikayət edib

9:16 - October 23, 2019
Xəbər sayı: 3486015
Amerikalı bir müsəlman Nyu-York şəhərində işlədiyi trafik idarəsi əleyhinə şikayət edib. Bu 40 yaşlı kişi şikayətində bildirib ki, idarədə ona qarşı dini və irqi zəmində ayrıseçkilik edilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikalı bir müsəlman Nyu-York şəhərində işlədiyi trafik idarəsi əleyhinə şikayət edib.

Bu 40 yaşlı kişi şikayətində bildirib ki, idarədə ona qarşı dini və irqi zəmində ayrıseçkilik edilir.

O, idarədən bir neçə dəfə Cümə namazına getmək üçün icazə istəsə də onun istəyi rədd edilib.

Habelə idarə müdiri yemək vaxtlarından kənar saatlarda idarəni tərk edərsə, onu işdən qovacağı ilə təhdid edib.

Amerika- İslam Şurasının məsulu Əhməd Məhəmməd bu halı pisləyərək deyib: Trafik idarəsi bizim müvəkkilimizi din və işi arasında seçim etməyə zorlayır. O, hər gün işini itirmək qorxusu ilə yaşayır. Bu qəbul edilməzdir. Heç kimi dini ayinlərinə yerinə yetirdiyi üçün işini itirmək qorxusu ilə yaşamamalıdır.  

https://iqna.ir/fa/news/3851642

captcha