IQNA

"TikTok" proqram təminatı İŞİD-in videolarını sildi

8:25 - October 23, 2019
Xəbər sayı: 3486012
TikTok şirkəti İŞİD terrorçularına aid on hesabı bağlayıb və onların yaydıqları videoları silib. Həmin videolarda küçələrdə İŞİD tərəfindən öldürülmüş insanların cənazələri göstərilirmiş.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tiktok sosial şəbəkəsinin mobil proqram təminatı İŞİD terrorçularının hədəflərini təbliğ edən videoları və bu videoları yayan hesabları silib.

Bu barədə dünən, həftənin ikinci günü, 22 Oktyabr 2019-cu il, TikTok sosial şəbəkə şirkətinin işçilərindən biri məlumat yayıb.

Məlumatda deyilir ki, TikTok sosial şəbəkə şirkəti İŞİD terrorçularına aid on hesabı bağlayıb və onların yaydıqları videoları silib. Həmin videolarda küçələrdə İŞİD tərəfindən öldürülmüş insanların cənazələri və onların əlisilahlı qatilləri göstərilirmiş.

TikTok şirkəti elan edib ki, bizim sosial şəbəkədə İŞİD üçün yer yoxdur. Terroristlərə aid gördüyümüz hər bir hesab və video anında silinəcək. Şübhəli hesablar isə daima kontrol ediləcək.  

TikTok sosial şəbəkə proqramı təminatı "ByteDance" adlı Çin şirkətinindir. Bu proqramın dünyada 500 milyon nəfər istifadəçisi var. Və ən sevimli sosial şəbəkə proqramlarından biri hesab edilir.  

https://iqna.ir/fa/news/3851819

Teqlər: tiktok ، İŞİd ، iqna ، terror ، çin
captcha