IQNA

Berlində İslam peyğəmbərinə (s) əzadarlıq mərasimi keçiriləcək

8:12 - October 23, 2019
Xəbər sayı: 3486011
Berlinin İslam Mərkəzində Həzrət Məhəmməd peyğəmbərin (s), İmam Həsən Müctəbanın (ə) və İmam Rzanın (ə) şəhadət günləri münasibəti ilə əzadarlıq mərasimləri keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Berlinin İslam Mərkəzində Həzrət Məhəmməd peyğəmbərin (s), İmam Həsən Müctəbanın (ə) və İmam Rzanın (ə) şəhadət günləri münasibəti ilə əzadarlıq mərasimləri keçiriləcək.

Bu barədə Almaniyanın paytaxtı Berlin şəhərinin İslam Mərkəzinin rəsmi internet saytı məlumat yayıb.

Həzrət Məhəmməd peyğəmbərin (s), İmam Həsən Müctəbanın (ə) və İmam Rzanın (ə) şəhadət günləri münasibəti ilə keçiriləcək əzadarlıq mərasimləri cari həftənin Cüməaxşamı günü (24 Oktyabr 2019-cu il) və gələn həftənin birinci günü (28 Oktyabr 2019-cu il) İslam Mərkəzinin məscidində Məğrib və İşa namazlarından sonra başlayacaq.   

Mərasimdə Höccətul-İslam vəl-müslimin Seyid Məhmud Musəvi çıxış edəcək. Çıxışın mətni Alman dilinə tərcümə ediləcək.

https://iqna.ir/fa/news/3851613

 

 

captcha