İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın Dortmund şəhərində Türkiyəli müsəlmanların toplaşdığı məscid naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.
Hadisə dünən, həftənin birinci günü, 21 Oktyabr 2019-cu il, baş verib. Naməlum şəxslər əldədüzəltmə alovlandırıcı qumbaralarla məscidə hücum ediblər və məscidə maddi zərər vurublar.
Türkiyə Dini İşlər İdarəsinin İslami Birliyinin (DİTİB) nəzarətində olan bu məscidə P.K.K terror qruplaşmasının və ya Almaniyanın sağçı radikal partiyasının üzvləri tərəfindən hücum edildiyi ehtimal olunur.
Almaniya polisi məscidin təhlükəsizlik kamerlarını yoxladıqdan sonra hadisə barədə ilkin araşdırmalara başlayıb.