IQNA

Yəməndə "İmam Hadi (ə)" mədəniyyət seminarı keçirildi

6:45 - October 08, 2019
Xəbər sayı: 3485932
Yəmənin Sədə şəhərinin İmam Əli ən-Nəqi əl-Hadi (ə) adına Came məscidində "İmam Hadi (ə), elm və əməl, cihad və əvf" adlı mədəni seminar keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmənin Sədə şəhərinin İmam Əli ən-Nəqi əl-Hadi (ə) adına Came məscidində "İmam Hadi (ə), elm və əməl, cihad və əvf" adlı mədəni seminar keçirilib.

Bu seminar Oktaybar ayının 6-da İmam Hadinin (ə) Sədə Yəmənə gəlməsinin ildönümü münasibəti ilə Sədə şəhərinin İslami irşad və fondlar idarəsinin təşəbbüsü ilə təşkil edilib.

Seminarda İmam Hadinin (ə) Yəmənə gəlişi və o həzrətin (ə) Yəmənlilərin qaranlıqdan iman nuruna hidayəti barədə danışılıb.

Yəmənlilər bu parlaq ulduzun (ə) düşüncələrinin Quran söykəndiyinə və həmçinin onların düşmən qarşısında bu günki müqavimətinin O həzrətin (ə) səfərinin səmərəsi olduğuna inanırlar.

İmam Hadinin (ə) bu bərəkətli səfəri indiyədək onların bəsirət və şücaətində, Yəmənlilərin qələm və qılınca sarılmasında öz təsirini qoymaqdadır.   

https://iqna.ir/fa/news/3848001

سمینار فرهنگی «امام هادی(ع)» در یمن برگزار شد

 

Teqlər: iqna ، yəmən ، sədə ، İmam hadi ، seminar
captcha