IQNA

Əcmanın Quran Mərkəzində 100 Quran hafizi yetişdirilib

10:08 - August 16, 2019
Xəbər sayı: 3485699
BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Əcman şəhərinin "Həmid ibn Raşid Nəimi" adına Quran Ximdət Mərkəzində indiyədək 100 nəfər Qurani-Kərim hafizi yetişdirilib.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Əcman şəhərinin "Həmid ibn Raşid Nəimi" adına Quran Ximdət Mərkəzində indiyədək 100 nəfər Qurani-Kərim hafizi yetişdirilib.  

BƏƏ-nin "əl-Bəyan" qəzeti yazır: "Həmid bin Raşid Nəimi" adına xeyriyyə müəssisəsinin nəzdində fəaliyyət göstərən "Quran Xidmət Mərkəzi"nin qız və oğlanlardan ibarət Quran hafizlərinin sayı 100 nəfərə çatıb.

"Həmid bin Raşid Nəimi" adına xeyriyyə müəssisəsinin direktoru İzzət bint Abdullah Nəimi bu barədə deyib: Quran hafizləri daimi Quran məclisləri və Quranın hifzi kursları çərçivəsində yetişdirilib. Bu işə Əcman şəhərinin valisi şəxsən özü nəzarət edib və o çalışır ki, Quran hafizləri yetişdirməkdə rekordları sındıraraq Əcman şəhərini Quran və Quran elmlərinin elmi ocağına çevirsin.  

http://iqna.ir/fa/news/3835094

Teqlər: iqna ، quran ، quran hafizi ، bƏƏ ، Əcman ، Ajman ، əl-bəyan
captcha