IQNA

İstambulda "Fələstindən şəkillər" adlı sərgi keçirilir

7:08 - July 18, 2019
Xəbər sayı: 3485532
"Fələstindən şəkillər" sərgisinin hədəfi Fələstin xalqının gözəl və zəngin mədəniyyətini, Fələstinlilərin problemlərini, Fələstinin tarixi və coğrafi mövqeyini insanlara tanıtmaqdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin İstambul şəhərinin "Sultan Əhməd" tarixi meydanında "Fələstindən şəkillər" adlı sərgi açılıb.

Sərgi şəkillərində işğal edilmiş ərazilərdə yaşayan məzlum Fələstin xalqının həyat tərzi, milli gözəllikləri və gündəlik sadə yaşayışları təsvir edilib.

Fələstin Fotoqraflar Birliyi tərəfindən təşkil edilən bu sərgidə 70 şəkil nümayiş olunur.

42 nəfər fotoqraf tərəfindən çəkilmiş bu şəkillər "Ölkəm barəsində, Fələstin barəsində mənə deyin" devizi ilə sərgiyə çıxarılıb.

Sərginin hədəfi Fələstin xalqının gözəl və zəngin mədəniyyətini, Fələstinlilərin problemlərini, Fələstinin tarixi və coğrafi mövqeyini insanlara tanıtmaqdır.

Qeyd edək ki, bu sərgi dünən, həftənin üçüncü günü, 17 iyul 2019-cu il, İstambulun Sultan Əhməd meydanında keçirilib, bu gün və sabah isə (18 və 19 İyul 2019) İstambulun digər meydanlarında keçiriləcək.  

http://iqna.ir/fa/news/3827910

captcha