IQNA

Türkiyə baş konsulunun müavini İrbildə öldürüldü

18:54 - July 17, 2019
Xəbər sayı: 3485528
İndiyədək heç bir şəxs və ya silahlı qruplaşma hadisənin məsuliyyətini öz üzərinə götürməyib. Amma deyilənə görə, hücum edənlər Türkiyənin PKK terror dəstəsinə bağlı adamlardan olub.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "rusiya əl-yovm" informasiya portalına istinadla verdiyi xəbərə görə, Türkiyə cümhuriyyətinin İraqın İrbil şəhərindəki baş konsulunun müavini və onu müşayət edən digər üç nəfər öldürülüb.

Hadisə bu gün, həftənin ikinci günü, 17 İyul 2019-cu il, naməlum şəxslərin hücumu zamanı atışma nəticəsində baş verib.

Terror olması güman edilən bu hadisə yerli vaxtla saat 14:30-da İrbil şəhərinin restoranlarından birində baş verib. Hadisə zamanı dörd nəfər yaralanıb.

İndiyədək heç bir şəxs və ya silahlı qruplaşma hadisənin məsuliyyətini öz üzərinə götürməyib. Amma deyilənə görə, hücum edənlər Türkiyənin PKK terror dəstəsinə bağlı adamlardan olub.

Hadisədən sonra İrbil polisi bir çox yollarda və yoxlama məntəqələrində gücləndirilmiş iş rejiminə keçərərək yolları nəzarətə götürüb.  

http://iqna.ir/fa/news/3828026

Teqlər: pkk ، İrbil ، baş konsul ، türkiyə
captcha