İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İmam Hüseyn (ə) ziyarətgahının Darul- Quran idarəsinin informasiya portalına istinadla verdiyi xəbərə görə, İraqın Babul şəhər universitetinin tələbəsi xanım Məryəm Məhəmməd Əbdül-Hüseyn 3 ay ərzində bütün Qurani-Kərimi əzbərləyə bilib.
İraqın Babul şəhərinin universitetinin mühəndislik fakültəsinin tələbəsi xanım Məryəm Məhəmməd Əbdül-Hüseyn özünün ciddi səyləri və ustadı Xanım Alai Yasin Əsamın köməyi ilə Qurani-Kərim üç ay ərzində yüksək səviyyədə əzbərləyə bilib.
Kərbəlada Həzrət İmam Hüseyn (ə) ziyarətgahının idarə heyətinin rəisi Şeyx Əbdül-Mehdi Kərbəlayi bu xanımı təbrik edərək, əməyini qiymətləndirmiş və ona "Quran Hafizləri" rəsmi şəhadətnaməsini təqdim etmişdir.
Xanım Məryəm Əbdül-Hüseyn Kərbəlada Həzrət İmam Hüseyn (ə) ziyarətgahının "Darul-Quran" idarəsinin başlatdığı "1000 Quran hafizi" layihəsində iştirak edənlərdən biri idi.
Xatırladaq ki, "1000 Quran hafizi" layihəsi Kərbəlada Həzrət İmam Hüseyn (ə) ziyarətgahının "Darul-Quran" idarəsinin təşəbbüsü ilə Qurani-Kərimin cavanlar arasında yayılması və Quran təbliğçilərinin hazırlanması üçün həyata keçirilir. Hazırda bütün İraq əyalətlərindən bu layihədə 5 min nəfər oğlan və qız bu layihədə iştirak edilər.
http://iqna.ir/fa/news/3668188