IQNA

Almanlar İslami tətil günləri barədə çəkişirlər

10:37 - October 17, 2017
Xəbər sayı: 3482272
İslami tətil günlərinin dövlət tərəfindən rəsmi şəkildə tanınıb- tanınmaması məsələsi bu günlərdə Almaniya siyasətçilərinin müzakirə etdiyi və çəkişdiyi əsas mövzudur.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslami tətil günlərinin dövlət tərəfindən rəsmi şəkildə tanınıb- tanınmaması məsələsi bu günlərdə Almaniya siyasətçilərinin müzakirə etdiyi və çəkişdiyi əsas mövzudur.

Bu mövzuda müzakirə və mübahisələr Almaniyanın daxili işlər naziri Tomas De Mayzirin İslami tətil günlərinin rəsmi şəkildə tanınması məsələsini təklif etməsindən sonra başladı.

Angela Merkelin rəhbərliyi etdiyi "Məsihi Demokrat Partiyası"nın məsul üzvü və Almaniyanın daxili işlər naziri Tomas De Mayzirin digər dinlərin öz məzhəblərinə aid dinləri tətil etdiyini önə çəkərək belə bir haqqın müsəlmanlar üçün də tanınmasını istədi.

Almaniya qanunlarına görə bu ölkənin 16 əyalətinin hər biri dini münasibətlərin rəsmi şəkildə tətil edilməsi barədə qərar qəbul etmək üçün azaddırlar.

Tomas De Mayzirin bu çıxışı və belə bir təklifi birmənalı qarşılanmamış və bu barədə mübahisə və müzakirələr hələ də davam edir.

Almaniyanın "Məsihi Sosial Partiyası"nın rəhbəri bu təklifə öz etirazını bildirərək dedi: İslami tətillərin rəsmi şəkildə elan edilməsinin müzakirə olunması və gündəmə gətirilməsi üçün heç bir lüzum yox idi.

Həmin partiyanın digər bir üzvü deyib ki, uzun illərdir bu ölkədə məsihi (xristian) adətləri hökm sürür, mədəniyyətimizi məsihilik formalaşdırıb və bu dəyişilməzdir.

Bundan əlavə Almaniyanın anti-İslam və radikal irqçi partiyaları da bu təklifə kəskin etiraz ediblər.

Qeyd edək ki, Almaniyada 5 milyon müsəlman yaşayır ki, bu ölkənin əhalisinin 5%-ni təşkil edir. Müsəlmanların çoxu Berlində və Almaniyanın qərbi şəhərlərində yaşayırlar.

http://www.iqna.ir/fa/news/3653329


Teqlər: iqna ، almaniya ، berlin ، İslami tətil
captcha